Təsisçi və direktor
Mən, Vüsalə Əmirova, 02 noyabr 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşam.
2006–2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr təhsili almışam. Daha sonra 2021–2023-cü illərdə Ukraynanın Zaporojye Dövlət Universitetində Ümumi Psixologiya ixtisası üzrə magistratura təhsilimi başa vurmuşam.
2023–2024-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetində Klinik Psixologiya üzrə ixtisasartırma təhsili almışam.
2024-cü ildən etibarən “Diamond Center” və “Diamond Academy”nin təsisçisiyəm. Həmin ildən etibarən Bakı Medical Plaza-da Klinik Psixoloq kimi fəaliyyət göstərirəm. Eyni zamanda, 2024-cü ildən Amerika Psixoloqlar Assosiasiyasının (APA) üzvüyəm.
Ruh yüksəkliyinə sahib, diqqətcil və özünəinamlı biri olaraq, çalışdığım sahələrdə qazandığım bütün bilik və təcrübədən səmərəli şəkildə istifadə etməyə çalışıram. Əsas məqsədim cəmiyyətə xidmət etmək və psixoloji inkişafı təşviq etməkdir.